Bakıda hava soyuq və arabir yağıntılı olacaq - VİDEO

Bakıda hava soyuq və arabir yağıntılı olacaq - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 09:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Bəzi yerlərdə yağıntı intensivləşəcək. Yağıntının sulu qara keçmə ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13, bəzi yerlərdə 18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR