Gələn tədris ilindən orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədris təşkil ediləcək

Gələn tədris ilindən orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədris təşkil ediləcək
# 07 fevral 2014 11:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədris təşkil ediləcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi qərarının icrası barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını nəzərə alsınlar və işdə rəhbər tutsunlar.

Bundan əlavə, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilsin.

İlk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi orta ixtisas təhsili müəssisələrinin direktorları 2014/2015-ci tədris ilindən tədris prosesinin kredit sisteminə keçirilməsini təmin etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR