ABŞ və İsrail liderləri İranın nüvə proqramını müzakirə ediblər

ABŞ və İsrail liderləri İranın nüvə proqramını müzakirə ediblər
# 29 oktyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev rəsmi açıqlama yayıb.

Məlumatda tərəflərin İran, İsrail-Fələstin müzakirələri və digər regional mövzularla bağlı fikir mübadiləsi apardıqları bildirilib. Xəbərdə həmçinin B.Netanyahunun İranla bağlı əvvəlki iddialarını bir daha təkrarladığı, rəsmi Tehranın bir neçə həftə içərisində az zənginləşdirilmiş uranı nüvə silahı istehsal etmək üçün əlverişli urana çevirəcək potensiala gətirəcəyini söylədiyi vurğulanıb. Hər iki lider təhlükəsizlik mövzusunda ABŞ-la İsrail aralarındakı yaxın koordinasiyasının davam etdirilməsindən razı qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR