Energetika Nazirliyi üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib

Energetika Nazirliyi üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib
# 01 fevral 2014 08:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Energetika Nazirliyi üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib.

APA-nın verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəzlənib.

Energetika Nazirliyinin mərkəzi aparatına 8, nazirlik yanındakı orqanlara 4, ərazi və yerli bölmələrə isə 18 minik avtomobili limiti ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR