AB prezidenti: “Dağlıq Qarabağ problemi ədalətli həlli olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz”

AB prezidenti: “Dağlıq Qarabağ problemi ədalətli həlli olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz”
# 21 iyun 2013 11:24 (UTC +04:00)

APA-nın Brüsselə ezam olunmuş Avropa müxbirinin məlumatına görə, bu sözləri Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. O, həmsədr ölkə başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda verdikləri bəyanatı alqışlayıb.

Van Rompey Azərbaycanı AB-nin vacib tərəfdaşı adlandırıb: “Biz enerji sahəsi də daxil olmaqla, əməkdaşlıqda çox şeyə nail olmuşuq və bundan daha artığına nail ola bilərik”.

AB rəhbəri Azərbaycan prezidenti ilə görüşdə əməkdaşlıq perspektivlərini, enerji məsələsini, Azərbaycanın demokratiya və insan haqları sahəsində inkişafı və qarşıdan gələn prezident seçkilərini müzakirə etdiklərini söyləyib. H. Van Rompey seçkilərin yüksək standartlara uyğun keçiriləcəyinə ümid etdiyini bildirib. O, Azərbaycanla assosiasiya sazişinin imzalanması üzrə aparılan danışıqların nəticələnəcəyinə ümid bəslədiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR