Azərbaycan prezidenti Füzuli rayonunda Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi üçün 3 mln. manat ayırıb

Azərbaycan prezidenti Füzuli rayonunda Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi üçün 3 mln. manat ayırıb
# 05 oktyabr 2013 15:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 mln. manatı Füzuli rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR