Bakı sakini yanğın nəticəsində ölüb

Bakı sakini yanğın nəticəsində ölüb
# 26 aprel 2014 08:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yaşayış evinin yanması nəticəsində 25 yaşlı sakin ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli, 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub.

Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR