«Dəmirbank» kredit müştərilərinə əlavə kreditlər təklif edir

«Dəmirbank» kredit müştərilərinə əlavə kreditlər təklif edir
# 11 iyun 2013 08:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-dən 10 min manatadək biznes və ya istehlak krediti almış və aktiv kredit borcu olan müştərilər «Yay tətili kreditləri» aksiyası çərçivəsində əlavə paralel kredit ala bilər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, müştərinin krediti 5 min manatadək olduqda 1 000 manat, 5 001-10 000 manat olduqda isə 1 500 manat əlavə kredit verilir.

Kredit 15 ay müddətinə verilir və bu müddətin ilk 3 ayında yalnız aylıq faizlər ödənilir. Kreditin əsas məbləğinin ödənişi 3 ay sonra başlayır. Kredit üçün iş yerindən arayış, zamin və girov tələb olunmur.

Aksiya biznes və istehlak kreditləri üzrə minimum 6 ay müsbət kredit tarixinə malik müştərilərə şamil olunur. Müştərinin müsbət kredit tarixi müvafiq düstur əsasında müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR