Xələf Xələfov Sofiyada Bolqarıstanın xarici işlər naziri ilə görüşüb - FOTO

Xələf Xələfov Sofiyada Bolqarıstanın xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2014 11:26 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Sofiyada səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bolqarıstanın xarici işlər naziri Kristian Vigeninlə görüşüb.

APA-nın Bolqarıstan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə məqsəd iki ölkənin xarici siyasət idarələri arasında ilk siyasi məsləhətləşmələrin aparılması olub.

K.Vigenin bildirib ki, Bolqarıstan Azərbaycanla istər ikitərəfli formatda, istər də Avropa Birliyi-Azərbaycan formatında əməkdaşlıq etmək niyyətindədir.

“Azərbaycan çox vacib dost ölkədir. Ümid edirəm ki, fəal ikitərəfli dialoq tezliklə öz nəticələrini verəcək”, - deyə o vurğulayıb.

Öz növbəsində X.Xələfov iki ölkənin kənd təsərrüfatı, infrastruktur, turizm və təhsil sahələrində əməkdaşlığa maraq göstərdiyini bildirib. Nazir müavini Azərbaycanın energetika sahəsində Bolqarıstanla sıx əməkdaşlıq etmək üçün siyasi iradəsini önə çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR