Başına dəmir parçası düşən Güzdək sakini ölüb

Başına dəmir parçası düşən Güzdək sakini ölüb
# 14 may 2014 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron sakini faciəli şəkildə ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Samir Qənbərov tikinti işləri apararkən başına dəmir parçasının düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR