“Dəmirbank” aktivlərini 13% artırıb

“Dəmirbank” aktivlərini 13% artırıb
# 25 avqust 2015 12:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Dəmirbank”ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 467,899 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,32% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,60% artaraq 337,364 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 182,317 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 5,21% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi 47,833 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,44% azdır və kreditlərin 36,394 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,25 dəfə artaraq 34,060 mln. manat olub.

Bankın depozit portfeli 1,77% artaraq 197,506 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 168,879 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,90% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 0,44% azalaraq 62,521 mln. manat olduğu halda, nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 18,51% azalaraq 36,339 mln. manat, xərcləri isə 5,96% azalaraq 38,860 mln. manat təşkil edib.

Cari ilin ilk altı ayını bank 2 mln. 521,54 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 33 filialı, 59 bankomatı, 946 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR