Çində öz qohumlarını xilas etməyə çalışan bir ailənin 7 üzvü suda boğularaq ölüb

Çində öz qohumlarını xilas etməyə çalışan bir ailənin 7 üzvü suda boğularaq ölüb
# 06 aprel 2015 10:00 (UTC +04:00)

Bakı – APA. Çində öz qohumlarını xilas etməyə çalışan bir ailənin 7 üzvü suda boğularaq ölüb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə Quandun əyalətində baş verib.

Ailə üzvləri Tsinmin günündə yaxınlarının məzarlarını ziyarət etdikdən sonra yaxınlıqdakı su anbarına əllərini yumağa yollanıblar. Burada 17 yaşlı qız ehtiyatsızlıqdan anbara düşüb.

Onu xilas etmək istəyən qohumları da anbara düşüb. Lakin cəhdləri uğursuz olub və onlar suda boğulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR