Bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqələri verilib

Bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqələri verilib
# 06 may 2015 15:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Qax, Samux və Quba Rayon Polis Şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara şəxsiyyət vəsiqələri verilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qax rayonunda 414 nəfərin etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 47 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Samuxda analoji tədbir nəticəsində 798 nəfərin şəxsiyyət vəsiqəsi dəyişdirilib, o cümlədən rayonda məskunlaşmış 13 məcburi köçkün yeni sənədlərlə təmin edilib.

Quba rayonunda ümumilikdə 852 nəfərə, o cümlədən 36 şagirdə və 3 məcburi köçkünə yeni şəxsiyyət vəsiqələri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR