Lənkəranda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb - FOTO - YENİLƏNİB - VİDEO

Lənkəranda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 19:45 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, sentyabrın 4-də saat 18.30 radələrində Lənkəran-Şahağac şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran şəhər sakini Rəfael Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Mamusta kənd sakini, 1973-cü il təvəllüdlü Arzuman Rzayevi vurub. Sürücü dərhal müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı avtomobilinə qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər səylərinə baxmayaraq A.Rzayev bir neçə saatdan sonra xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

19:35

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda minik avtomobili piyadanı vurub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Şahağac şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb.


Lənkəran şəhər sakini Rafael Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Mamusta kənd sakini Arzuman Rzayevi vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı öz avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.


Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR