ABŞ İrandan uranın zənginləşdirmə imkanlarının azaldılmasını tələb edir

ABŞ İrandan uranın zənginləşdirmə imkanlarının azaldılmasını tələb edir
# 04 iyul 2014 04:22 (UTC +04:00)

Bakı-APA. ABŞ hesab edir ki, İranın uranın zənginləşdirmə imkanları xeyli azaldılmalıdır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ administrasiyasının nümayəndəsi bildirib.

“Zənginləşdirmə imkanları İranın hazırda malik olduğu imkanların yalnız kiçik hissəsini təşkil etməlidir”, deyə o qeyd edib.

ABŞ administrasiyasında, həmçinin, İranın nüvə proqramına dair danışıqların nəzərdə tutulmuş müddətdə, yəni iyulun 20-dək yekunlaşacağına ümid edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR