Poroşenko: Donbasa 2 milyard dolların ayrılması məsələsi razılaşdırılıb

Poroşenko: Donbasa 2 milyard dolların ayrılması məsələsi razılaşdırılıb
# 24 aprel 2015 23:46 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Ukrayna” telekanalına müsahibəsində deyib.

“Donbasın infrastrukturunun bərpası ilə bağlı beynəlxalq konfransına hazırlıq işləri gedir. Bütün dünya Ukraynaya yardım əlini uzatmağa hazırdır”, deyə P.Poroşenko bildirib.

Bundan əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirmişdi ki, ölkəyə xaricdən yatırımlar cəlb etmək üçün ABŞ və Almaniyada investisiya konfransları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR