20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində hərbçilərin və Qarabağ atlarının yürüşü olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, yürüş şəhər küçələrindən başlayaraq İmarət Kompleksində yekunlaşıb.
Şəhər Günü münasibətilə İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların müxtəlif məhsullarının təqdim olunduğu yarmarka da təşkil edilib.
Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Hazırda Ağdam şəhərində Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər davam edir.
Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Atçılıq Federasiyasının, Aqrar Tədarük və Təchizat ASC-nin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.