Paşha Bank
Bank Of Baku

Ağdərə və Xocalıya köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB-1

Ağdərə və Xocalıya köç olub, açarlar təqdim edilib - FOTO  - YENİLƏNİB-1
# 27 noyabr 2026 13:40 (UTC +04:00)

Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarının kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Xocalı şəhərində 49 ailədən ibarət 170 keçmiş məcburi köçkünə yeni mənzillərinin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bugünkü köç prosesi çərçivəsində Xocalı rayonunun Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Badara kəndinə 4 ailə (7 nəfər), Ağdərə rayonunun Çıldıran kəndinə 15 ailə (49 nəfər), Vəngli kəndinə 10 ailə (43 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 ailə (1 nəfər) qayıdıb. Xocalı rayonuna ümumilikdə 21 ailə olmaqla 72 nəfər, Ağdərə rayonuna isə 28 ailə olmaqla 98 nəfər köçürülüb.

Beləliklə, bu gün hər iki rayon üzrə ümumilikdə 49 ailənin, 170 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilib. Qeyd edək ki, köçürülən sakinlər üçün evlər dövlət tərəfindən yenidən bərpa olunub və yaşayış üçün zəruri şərait yaradılıb.

Mənzillər elektrik enerjisi, qaz və su xətləri ilə təmin edilib, kəndlərdə müasir infrastruktur qurulub, o cümlədən yüksək sürətli internet xidmətinin istifadəyə verilməsi təmin olunub.

Açarların təqdim edilməsi və qarşılanma mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Doğma yurdlarına qayıdan sakinlər üçün yaradılan şərait, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının və dayanıqlı məskunlaşmanın təmin edilməsinin mühüm göstəricisidir.

***

13.20

Bu gün Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün səhər saatlarında yola salınan növbəti köç karvanları Ağdərə, Xocalı və Xocavəndə çatıb.

Qeyd edək ki, bu mərhələdə 271 nəfərdən ibarət 73 ailə yurdlarına qayıdıb.

***

06.26

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb.

Bu mərhələdə ümumilikdə 73 ailə – 271 nəfər doğma yurduna qayıdır.

Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə – 1 nəfər köçürülüb.

Xocalı rayonunun Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər köç edib.

Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, rayonun Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR