Oktyabrın 29-da baş vermiş yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb

Oktyabrın 29-da baş vermiş yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb
# 30 oktyabr 2015 09:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 2 nəfər ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR