Dekabrın 22-də Bakıda “Hadi İnşallah” filminin qala gecəsi keçiriləcək

Dekabrın 22-də Bakıda “Hadi İnşallah” filminin qala gecəsi keçiriləcək
# 12 dekabr 2014 12:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 22-də Nizami Kino Mərkəzində “Hadi İnşallah” filminin qala gecəsi keçiriləcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, rejissor Ali Taner Baltacının lentə aldığı romantik komediya Pucca adlı qızın həyatından bəhs edir.

Qala gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Filmin nümayişindən sonra qonaqlar media nümayəndələri üçün mətbuat konfransı keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR