Gədəbəy sakini ağacdan yıxılaraq ağır xəsarət alıb

Gədəbəy sakini ağacdan yıxılaraq ağır xəsarət alıb
# 26 avqust 2015 07:11 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Hacılar kənd sakini, 1970-ci il təvəllüdlü İlyas Nəsibov kəndin yaxınlığında olan meşədə çıxdığı hündür ağacdan yıxılaraq, ağır bədən xəsarətləri alıb. O, əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. İ. Nəsibova baş nahiyəsinin əzilməsi, qabırğaların sınığı, bel-omba nahiyəsinin əzilməsi və aşağı ətrafın pozulması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR