Nazir: “TQDK-nın peşə liseylərində keçirdiyi buraxılış imtahanlarının nəticələri bizim dövrümüzdəki imtahanların nəticələrindən fərqlənmir”

Nazir: “TQDK-nın peşə liseylərində keçirdiyi buraxılış imtahanlarının nəticələri bizim dövrümüzdəki imtahanların nəticələrindən fərqlənmir”
# 30 mart 2013 10:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Bu gün Azərbaycanda 100-dən artıq peşə liseyi var. Onların əksəriyyəti tam gücü ilə işləyir”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. O bildirib ki, hər il Azərbaycanda peşə liseyinə qəbul olunanların sayı artır. Nazirin sözlərinə görə, hər il peşə məktəbini bitirən məzunların yarısı öz peşəsi üzrə işlə təmin olunurlar: “20-dən çox peşə məktəbində əsaslı təmir işləri aparılıb. Ölkənin bir neçə bölgəsində yeni təhsil müəssisələri tikilib. Yaxın vaxtlarda Bakıda, Göyçayda, Sumqayıtda, Ağstafada müasir tələblərə cavab verən bir neçə peşə təhsili müəssisəsi yaradılacaq”.

M. Mərdanov bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ölkənin peşə liseylərinin məzunları üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə də münasibət bildirib. O qeyd edib ki, bu il peşə liseylərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ötən ilki kimidir: “Biz keçirəndə də imtahan nəticələri də belə idi, bu il TQDK-da keçirəndə nəticələr təqribən eyni olub”.

Nazir vurğulayıb ki, TQDK imtahan nəticələrini nazirliyə təqdim edən kimi attestatların verilməsinə başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR