DİN “Qaya” Mətbuat Yayımı əməkdaşının ölümü ilə bağlı məlumat yayıb

DİN “Qaya” Mətbuat Yayımı əməkdaşının ölümü ilə bağlı məlumat yayıb
# 30 oktyabr 2015 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi “Qaya” Mətbuat Yayımının marketinq şöbəsinin müdir müavini Fuad Hadıyevin ölümü ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində inşası başa çatmamış tikilinin lift şaxtasında sentyabrın 20-dən itkin düşmüş Fuad Hadıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda F. Hadıyevin itkin düşməsi barədə məlumat yayılıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, gecə vaxtı quyuya düşən F. Hadıyev oradan çıxa bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR