Təhsil Nazirliyi bəzi ucqar kənd məktəblərində müəllimlərin əmək haqqının verilməməsinə münasibət bildirib

Təhsil Nazirliyi bəzi ucqar kənd məktəblərində müəllimlərin əmək haqqının verilməməsinə münasibət bildirib
# 06 noyabr 2014 09:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın bəzi ucqar kənd məktəblərində müəllimlərin əmək haqqının verilməməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib ki, məktəblər yerli idarəetmə orqanları tərəfindən maliyyələşdirilir. Onların da maliyyələşdirilməsinin birbaşa Maliyyə Nazirliyinə aid məsələ olduğunu söyləyən müdir müavini bildirib ki, rayon təhsil şöbələri maliyyəsini yerli icra hakimiyyətlərindən alır: “Müəyyən ucqar rayonlarda belə problemlər var. Bununla bağlı hazırda Təhsil Nazirliyi tərəfindən işlər görülür. Amma bu, birbaşa bizdən asılı məsələ deyil. Təhsil Nazirliyinin burada birbaşa rolu yoxdur. Məktəblər yerli icra hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR