“Nar Mobile” Ramazan bayramına həsr edilmiş fotomüsabiqə elan edib

“Nar Mobile” Ramazan bayramına həsr edilmiş fotomüsabiqə elan edib
# 15 iyul 2014 13:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Nar Mobile” mobil operatoru Ramazan bayramı ərəfəsində maraqlı müsabiqə keçirmək qərarına gəlib.

“Nar Mobile”dən “APA-Economics”ə verilən məlumata görə, mobil operator valideynlərin, baba və nənələrin gündəlik həyatına dair ən maraqlı fotokadrların müəlliflərini mükafatlandıracaq.

Gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın milli irsi və adət-ənənələrinə cəlb etmək məqsədi daşıyan fotomüsabiqənin əsas məqsədi çağdaş dünyada ailə dəyərlərinin əhəmiyyətini vurğulamaq, ahıl yaşlarının gözəlliyini qabartmaq və nəsillərarası əlaqəni xatırlatmaqdan ibarətdir. Məhz bu səbəbdən müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotoşəkilləri təqdim ediləcək.

Qeyd edək ki, fotomüsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hər bir müəllif müsabiqəyə əvvəllər heç yerdə yerləşdirmədiyi 1 və ya 2 ədəd fotoşəkil təqdim edə bilər. Fotokamera və ya telefonla çəkilmiş şəkillər keyfiyyətli olmalı, özündə koloritli rənglər əks etdirməli, bədii dəyərə malik olmalı, ölkə tarixi, mədəniyyəti və adətlərini mümkün olduğu qədər tərənnüm etməli və xoş ovqat bəxş etməlidir.

İyulun 14-dən 31-dək “Nar Mobile” mobil operatorunun “Facebook”, “Twitter” və “İnstagram” sosial şəbəkələrindəki rəsmi səhifələrinə göndəriləcək fotoşəkillər 1-8 avqust tarixləri arasında tanınmış simalardan ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Münsiflər heyəti Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, teleaparıcı Nərgiz Cəlilova, fotoqraf Sitarə İbrahimova, rəssam İrina Eldarova və “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Nigar Arpadaraidən ibarət olacaq.

10-11 avqustda müsabiqədə ilk üç yeri tutan qaliblərin adları elan ediləcək. 15 avqust tarixində keçiriləcək mükafatlandırma mərasimində isə 1-ci yerin qalibi “iPhone 5S” ilə təltif ediləcək, 2-ci yeri tutan iştirakçı “Samsung” mini-tabletlə mükafatlandırılacaq, 3-cü yerə layiq görülən işin müəllifinə isə Nar-modem və 12 aylıq pulsuz İnternet təqdim ediləcək. Müsabiqə üçün seçilmiş bütün fotoşəkillər “Nar Mobile” mobil operatorunun illik təqviminə daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR