Rusiya və ABŞ aviasiyalarının İŞİD-ə qarşı mübarizədə qarşılıqlı fəaliyyəti haqqında sənəd hazırlanır

Rusiya və ABŞ aviasiyalarının İŞİD-ə qarşı mübarizədə qarşılıqlı fəaliyyəti haqqında sənəd hazırlanır
# 06 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya və ABŞ hərbçiləri Suriyada İŞİD-ə qarşı mübarizədə aviasiyaların qarşılıqlı fəaliyəti haqqında sənəd hazırlayır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib. “Təəssüf ki, amerikalılar hələlik bizim əməkdaşlığı pilotlarımızın missiya yerinə yetirərkən texniki məsələlər üzrə əməkdaşlığı səviyyəsində nəzərdə tutur. Amerikalılar bizə sənəd veriblər və biz bunun üzərində işləyirik. Bildirmək istəyirəm ki, Baş Qərargahda bu sənəd prinsipcə dəstəklənib. Biz bu məzmun üzərində işləyirik”, - deyə o, söyləyib.

Nazir müavini qeyd edib ki, bu sənəd həm İŞİD-ə qarşı koalisiya, həm də Rusiya Müdafiə Nazirliyi üçün faydalı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR