Türkiyədə seçkilərə qatılacaq partiyaların seçki bülletenində sıraları müəyyənləşib

Türkiyədə seçkilərə qatılacaq partiyaların seçki bülletenində sıraları müəyyənləşib
# 03 aprel 2015 15:42 (UTC +04:00)

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, partiyaların sırası Türkiyənin Mərkəzi Seçki Komissiyasında keçirilən püşkatmada müəyyənləşdirilib.

Püşkatmanın nəticələrinə görə, Hakim Ədalət və İnkişaf Partiyası (AKP) 23-cü, ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) 22-ci, digər müxalifət partiyası Milliyyətçi Hərəkat Partiyası (MHP) 18-ci, Xalqların Demokratik Partiyası (HDP) isə 19-cu sıradadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR