Samux rayon sakini həmkəndlisini bıçaqlayıb

Samux rayon sakini həmkəndlisini bıçaqlayıb
# 10 sentyabr 2014 10:18 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Çobanabdallı kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Mehdiyev münaqişə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Ramiz Quliyevə bıçaqla xəsarət yetirib. R. Quliyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. Cinayəti törədən K. Mehdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR