Regi­on­ların innovativ sosial-iqtisadi inkişafı mövzusunda elmi-praktiki konfrans keçi­rilib - FOTO

Regi­on­ların innovativ sosial-iqtisadi inkişafı mövzusunda elmi-praktiki konfrans keçi­rilib - <span style="color: red;">FOTO
# 07 may 2015 13:37 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və AMEA Elmi İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Regi­on­ların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçi­rilib.

APA-nın xəbərinə görə, 26 elm və təhsil müəssisəsinin qatıldığı tədbiri Əmək və Sosial Münasibətlər Akademiyasının rek­­toru, sosiologiya üzrə elmlər doktoru, pro­fes­sor Hüseyn Qaraşov açaraq, Heydər Əliyevin fəaliyyəti, düşünülmüş dövlətçilik siyasəti, ictimai hə­yatın bütün sahələrində apardığı islahatların əhəmiyyəti, xal­qı­mı­zın rifah tərzinin yük­səl­mə­sinə istiqamətlənmiş məntiqli sosial-iq­ti­sa­di siyasətindən və hazırda bu kursun cənab prezident İlham Əliyev tərə­fin­dən uğurla davam etdirilməsindən danışıb.

Plenar iclasda AMEA Elmi İnnovasiyalar Mərkəzinin baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, AMEA Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mər­­kə­­zinin direktoru, iqtisad üzrə elmlər doktoru, pro­fes­sor Təbriz Əli­yev, Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” ka­fed­rasının mü­diri, fəlsəfə üzrə fəlsəfə dok­toru, dosent Zeynəddin Şa­banov, “Ümumi iqtisadiyyat” kafedrasının mü­əl­li­mi, iqtisad üzrə fəlsəfə doktoru Nurəngiz Mikayılova, tələbələrdən Hilalə Hasilova, Pərvin Əhmədli və Şahin Cəfərov müxtəlif mövzularda məruzələr ediblər.

Sonra konfrans bölmələrdə öz işini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR