“Elektron hökumət” portalına 1 milyondan artıq insan müraciət edib

“Elektron hökumət” portalına 1 milyondan artıq insan müraciət edib
# 13 noyabr 2014 10:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 959 944 daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı isə 1 003 372 nəfər olub. Belə ki, 1 003 372 nəfər ümumilikdə 2 959 944 dəfə portala baxıb və 5 597 818 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 10 441 045 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 29 saniyə olub.

Ümumilikdə bu gün vətəndaşlarn portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 35,4%-ni yeni istifadəçilər, 64,6%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 130 142-yə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 382 ədəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR