Diplomatik xidmətlə bir araya sığmayan hərəkətlər edən diplomatlar rütbələrindən məhrum ediləcəklər

Diplomatik xidmətlə bir araya sığmayan hərəkətlər edən diplomatlar rütbələrindən məhrum ediləcəklər
# 21 sentyabr 2015 13:35 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Diplomatik xidmət haqqında” qanuna əlavələr edilir.

Qanunun 11.2-ci maddəsinə edilən əlavəyə görə, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə” də diplomatik əməkdaşların rütbələri aşağı salına və ya rütbədən məhrum edilə bilərlər.

Maddənin hazırkı variantı isə belədir ki, Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər. Yuxarıda göstərilən yeni əlavə bu bəndin əvvəlinə əlavə edilir.

Layihə sentyabrın 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR