Ermənistanın Armavir şəhərinin merinin avtomobili Kəlbəcərdə minaya düşüb, sürücü ölüb, mer və daha iki nəfər yaralanıb - VİDEO

Ermənistanın Armavir şəhərinin merinin avtomobili Kəlbəcərdə minaya düşüb, sürücü ölüb, mer və daha iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 22 iyul 2014 10:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Ordusunun işğalı altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Armavir şəhərinin merinin «Villis» markalı maşını bu gün Kəlbəcər rayonunun şimalında minaya düşüb.

İlkin məlumatlara görə, mina partlayışı nəticəsində avtomobilin sürücüsü ölüb. Müxtəlif qəlpə yaraları almış Armavirin meri Ruben Xlqatyan və daha iki nəfər isə helikopterlə İrəvana aparılıb.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan «diversantlarının» hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını açıqlamışdı.

“Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür”, - deyə Ohanyan bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR