Bakıda bina uçqunu ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakıda bina uçqunu ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
# 08 iyul 2014 12:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Heydər Əliyev prospektində bina uçqunu ilə bağlı başlanılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 25 yanvar 2014-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədov həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR