Macarıstanda "1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib

Macarıstanda "1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib
# 15 aprel 2015 15:03 (UTC +04:00)

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, macar ictimaiyyətini dünya miqyasında 100 illiyi geniş təbliğ olunan saxta erməni soyqırımı haqqında obyektiv məlumatlandırmaq məqsədi ilə keçirilən tədbir Budapeşt şəhərindəki Yunis İmrə Türk Mədəniyyəti İnstitutunda təşkil olunub.

Konfransa moderatorluq edən Macarıstan parlamentinin deputatı Tamaş Hegedüş indiyə qədər bir sıra ölkələrdə "erməni soyqırımı" məsələsinin birtərəfli şəkildə, daha çox erməni mövqeyindən araşdırıldığını bildirərək fərqli baxışın aşkara çıxarılmasının və dünya miqyasında geniş yayılmasının zəruriliyini vurğulayıb.

Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı, Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev konfrans iştirakçılarına müraciətlə iki qardaş ölkədə bu gün də gündəmdən düşməyən "erməni məsələsinin" həqiqi mahiyyəti və törətdiyi fəsadlar haqqında danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR