Qubada 64 yaşlı piyadanı maşın vuraraq öldürüb - VİDEO

Qubada 64 yaşlı piyadanı maşın vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 03 noyabr 2014 14:15 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

90 HU 327 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən piyada, 64 yaşlı Quba şəhər sakini Niyabalıyev Xanlar Həmid oğlunu vurub. Qəza zamanı ağır xəsarətlər alan X. iyabalıyev Quba Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR