Qafqaz Universitetində “Gənclik və Multikulturalizm festivalı” keçirilib - FOTOSESSİYA

Qafqaz Universitetində “Gənclik və Multikulturalizm festivalı” keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 may 2015 13:24 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində ənənəvi 7-ci “Gənclik və Multikulturalizm festivalı” keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, Heydər Əliyevin anadan olmasın 92 illik yubileyinə həsr olunmuş tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin, xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin nümayəndələri iştirak edib.

Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tədbirin önəmindən danışıb, bildirib ki, festival 7 ildir, keçirilir. Digər çıxışçılar da multikultiralizmin əhəmiyyətindən danışıblar.

Festivalda Universitetin özfəaliyyət dərnəkləri çıxış edib, Azərbaycanda təhsil alan əcnəbi tələbələr milli mətbəxlərindən nümunələr nümayiş etdiriblər.

Tələbələr tərəfindən keçirilmiş sorğu əsasında “İlin idmançısı” seçilmiş paralimpiaçımız İlham Zəkiyevə plaket təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR