“TuranBank” xarici öhdəliklərini artırır

“TuranBank” xarici öhdəliklərini artırır
# 09 aprel 2015 11:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “TuranBank” və Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cəlb olunan vəsaitlər banka istər üzv, istərsə də digər ölkələrarası idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

Xatırladaq ki, “TuranBank” ötən il Ticarət və İnkişaf Bankından Kiçik və Orta Sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 4 il müddətinə 3 mln. dollar həcmində vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR