Bank Of Baku

Torontodakı hadisədə terror aktı versiyası nəzərdən keçirilir

Torontodakı hadisədə terror aktı versiyası nəzərdən keçirilir
# 24 aprel 2018 01:01 (UTC +04:00)

Kanadanın Toronto şəhərində sürücünün avtomobili piyadaların üzərinə sürməsi səbəblərinin araşdırılmasında terror aktı versiyası nəzərdən keçirilir.

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi ABŞ xüsusi orqanlarındakı mənbəyə istinadən xəbər verib.

 

Mənbəyə görə, hadisənin sadə qəza olduğunu düşünməyə heç bir əsas yoxdur.

 

Qeyd edək ki, aprelin 23-də Kanadanın Toronto şəhərində sürücü avtomobili səkiyə çıxararaq piyadaların üzərinə sürüb. İnsident nəticəsində 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Sürücü saxlanılıb, cinayətin motivləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR