Bakıda Amerika caz ifaçısı Qabriel Stravellinin konserti keçirilib

Bakıda Amerika caz ifaçısı Qabriel Stravellinin konserti keçirilib
# 17 noyabr 2015 19:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Milli İncəsənət Muzeyində Amerika caz ifaçısı Qabriel Stravellinin konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta, Avstriyanın Azərbaycandakı səfiri Aksel Veks, diplomatik korpusun nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda olarkən Qabriel Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər. Qabriel Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. Eyni zamanda YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat və konsert olacaq.

Qeyd edək ki, Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə səfər edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR