Dünya birjalarında qızıl 6 dollara yaxın bahalaşıb

Dünya birjalarında qızıl 6 dollara yaxın bahalaşıb
# 08 iyun 2015 06:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 17 849,46 bəndədək, S&P 500 0,14% - 2 092,83 bəndədək azalıb, NASDAQ 0,18% - 5 068,46 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,80% - 6 804,60 bəndədək, Fransa CAC-40-ı 1,33% - 4 920,74 bəndədək, Almaniya DAX-ı 1,26% - 11 197,15 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,03% - 20 454,87 bəndədək ucuzlaşıb, Shanghai 0,92% - 5 308,45 bəndədək, Hang Seng 0,33% - 27 350,09 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,40 dollar artaraq 1 173,50 dollara, gümüş isə 0,10 dollar bahalaşaraq 16,09 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR