İqtisad Universitetində yeni departament yaradılıb

İqtisad Universitetində yeni departament yaradılıb
# 14 oktyabr 2014 08:48 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Marketinq və kommunikasiya departamenti yaradılıb. ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq.

Departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan “İqtisadçı” qəzeti, aseu.az saytı, “Qaynar xətt” və İctimaiyyətlə əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək.

Departamentin rəhbəri telejurnalist Rasim Şərifovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR