Azərbaycanda radiasiya üsulu ilə sterilizasiya qurğusu qurulur

Azərbaycanda radiasiya üsulu ilə sterilizasiya qurğusu qurulur
# 03 oktyabr 2014 14:03 (UTC +04:00)

Bu cihaz 2015-ci ildə işə salınacaq. Bu, Radiasiya Problemləri İnstitutu ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə layihəsidir.

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov bildirib.

V. Hüseynov deyib ki, bu qurğu yüksək aktivlikli mənbələrin şüalanmasının köməyi ilə müxtəlif məhsulları sterilizasiya edə bilir: "Məsələn, qida məhsullarını, bitki toxumlarını, tibbi ləvazimatları və s. Həmin sterilizasiya qurğusu bu prosesə ehtiyacı olan məhsullara minimum zərər vurur".


V. Hüseynov qeyd edib ki, qurğunun artıq Qobuda bunkeri qurulub, sadəcə, radioaktiv mənbələrin gətirilməsi qalıb: "Bununla bağlı tender keçirilib və Macarıstan şirkəti qalib seçilib. Radioaktiv mənbələr Macarıstandan gətiriləcək. Bununla da, Macarıstan, Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə üçtərəfli bu layihəni həyata keçəcək. Onlar bu qurğunun inşasını, yüksək aktivlikli mənbələri təmin edəcəklər".


Agentliyin rəsmisi əlavə edib ki, mənbələrin aktivliyi 300 000 Küri təşkil edir. Qurğunun özü 2 mln, Küriyə qədər hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR