Yol qəzasında xəsarət alan şəxsə kompensasiya ödənilib

Yol qəzasında xəsarət alan şəxsə kompensasiya ödənilib
# 24 avqust 2015 11:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, İSB tərəfindən 18 oktyabr 2013-cü il tarixində saat 12:00 radələrində Bakı-Qazax magistral yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşına 1000 manat məbləğində kompensasiya ödənişi verilib.

Kompensasiya poçt vasitəsi ilə bu gün köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR