Nazirlik: Azərbaycanda sənayenin strukturu dəyişir, neft-kimya zavodları Bakıdan kənara köçürülür

Nazirlik: Azərbaycanda sənayenin strukturu dəyişir, neft-kimya zavodları Bakıdan kənara köçürülür
# 03 iyun 2015 07:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan 2020-ci ilə qədər genişlənəcək bütün neft-kimya sənayesinin yenidən qurulma proqramına başlayıb. Bu işdə əsas məqsəd sənayenin strukturunu dəyişmək və neft-kimya zavodlarının Bakıdan başqa ərazilərə köçürülməsidir.

APA-Economics”in məlumatına görə, bunu “The Business Year” jurnalına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda ətraf mühitin qorunması və təbii sərvətlərin effektiv istifadəsi haqqında düşünür: “Əgər biz ölkə tərəfindən enerji resursları təchizatı indeksini müqayisə etsək, Azərbaycan qlobal miqyasda yüksək mövqeyi var. Azərbaycanda istehsal gücü istehlakdan daha yüksəkdir. Əgər dünyanın 60 illik qaz təchizatı varsa, Azərbaycanda bu rəqəm 100 il ölçülür. Eyni göstəricini neftə də aid etmək olar”.

Nazir deyib ki, bu gün Azərbaycanda mövcud infrastruktur mütəmadi yenilənir: “Bu məsələdə bizim heç bir problemimiz yoxdur. Hətta neft və qazın qiyməti bir müddət aşağı qalsa, enerji sektorunda olan layihələr saxlanılmayacaq. Biz neft istehsalını stabil saxlamağa çalışırıq”.

Təbii qaza gəlincə, nazir bildirib ki, ölkəmiz yeni istehsal yataqları əldə edir: “Azərbaycan xarici şirkətlərlə investisiya layihələri davam etdiriləcək. Strukturlarda, taktika və strategiyada layihə dəyişiklikləri barədə danışmaq çox tezdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR