ANAMA-nın əməkdaşları Cenevrədə kursa qatılıblar

ANAMA-nın əməkdaşları Cenevrədə kursa qatılıblar
# 27 oktyabr 2014 14:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İsveçrənin Cenevrə şəhərində Mina aksiyalarında keyfiyyətin idarə olunması mövzusunda 19-cu Sülh Naminə Tərəfdaşlıq (PfP) kursu keçirilir. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İsveçrə müdafiə Nazirliyinin dəstəyi ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) tərəfindən təşkil olunmuş və oktyabrın 31-dək davam edəcək kursda İSO-9000 standartlarına uyğun keyfiyyətin idarə olunması, təmizlənmiş ərazilərin monitorinqi, uyğunsuzluqların aradan qaldırılması və s. təcrübələr bölüşüləcək.

Təlim kursuna Azərbaycandan ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov və agentliyin əməkdaşı Əhməd Manafov qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR