Qənirə Paşayeva Sivas valisi ilə görüşüb - FOTO

Qənirə Paşayeva Sivas valisi ilə görüşüb - <span style="color: red;">FOTO
# 11 aprel 2015 15:54 (UTC +04:00)

Bakı-APA. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Sivas şəhərində vali Alim Barutla görüşüb. APA-nın xəbərinə görə, vali ilə görüşündə millət vəkili Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycanın ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili bildirib ki, Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.

Qənirə Paşayeva Sivas valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, materialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib.

Sivas valisi Alim Barut da millət vəkili Qənirə Paşayeva Sivasla bağlı materiallar, kitablar təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR