Rusiyanın TASS və Türkiyənin Anadolu agentlikləri APA-nın yubileyi ilə bağlı xəbər hazırlayıb - FOTO

Rusiyanın TASS və Türkiyənin Anadolu agentlikləri APA-nın yubileyi ilə bağlı xəbər hazırlayıb - <span style="color: red;">FOTO
# 16 noyabr 2014 16:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Dövlət Teleqraf Agentliyi (TASS) abunəçiləri üçün hazırladığı bülletenində Azəri-Press Agentliyinin (APA) yaradılmasının 10 illiyi haqqında xəbər yayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ““Azəri-Press” İnformasiya Agentliyi 10 illiyini qeyd edir” başlıqlı məqalədə TASS APA-nın Qafqazın ən böyük informasiya resurslarından biri olduğunu qeyd edir.

“Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır.

APA Rusiya, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.

Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliklərindən biridir”,-deyə TASS-ın məlumatında qeyd olunub.

Türkiyənin rəsmi Anadolu Agentliyi isə APA-nın 10 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimindən xəbər yayıb. Agentliyin xəbərində APA-nın yubiley mərasimində dövlət və hökumət rəsmiləri, diplomatlar, media rəhbərləri və tanınmış ziyalıların iştirak etdiyi bildirilib, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA ilə bağlı fikirləri də əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR