Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb
# 05 aprel 2015 19:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətbuat Şurasınn (MŞ) Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

MŞ-dan APA-ya verilən məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR