Deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir - FOTOSESSİYA

Deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2015 17:16 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Deputatlığa namizəd Azər Kərimlinin mətbuat xidmətinin APA-ya verilən xəbərə görə, Azər Kərimli bu gün rayonun Zərnə və Güllük kəndlərində seçicilərlə görüş keçirib.

Məlumata görə, sosial mediada və bəzi internet resurslarında “qara piar” kampaniyası aparan və əsassız ittihamlarla çıxış edən digər deputatlığa namizəd Əhməd Şahidovun anasının doğulduğu və ana qohumlarının yaşadığı Zərnə kəndində Azər Kərimli böyük coşqu ilə qarşılanıb. Seçicilər indiyədək Zərnə kəndinə göstərdiyi diqqət və qayğıya görə Azər Kərimliyə minnətdarlıqlarını bildiriblər və ona səs verəcəklərini bəyan ediblər.

Azər Kərmilinin seçicilərlə növbəti görüşü Əhməd Şahidovun qoyumlarının yaşadığı başqa bir kənddə - Güllükdə keçirilib. Burada da seçicilər Azər Kərimlini alqışlarla qarşılayıblar. Azər Kərimli seçicilərlə görüşdə bəzi deputatlığa namizədlərin ona qarşı apardıqları çirkin kampaniyaya konkret faktlarla cavab verib.

Güllük kəndinin sakinləri Azər Kərimliyə onların problemlərinə hər zaman diqqətlə yanaşdığı və ona göstərilən etimadı doğrultduğu üçün minnətdarlığını bildiriblər, seçkilərdə fəal iştirak edəcələrini və Azər Kərimliyə səs verəcəklərini deyiblər.

Bu gün keçirdiyi bütün görüşlərdə ötən 5 il ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR