Şeyx Hüseyn Nuri Həmədani Şamaxıda olub

Şeyx Hüseyn Nuri Həmədani Şamaxıda olub
# 02 sentyabr 2015 16:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İranın tanınmış din xadimi Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədani sentyabrın 2-də Şamaxıda olub.

APA-nın Azərtac-a istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiət etdiyi qonağa məscid haqqında məlumat verilib.

Qeyd olunub ki, Cənubi Qafqazda və Yaxın şərqdə ən qədim müsəlman məscidlərindən olan Şamaxı Cümə Məscidi 743-cü inşa olunub. Məscid 1859 və 1902-ci illərdə Şamaxıda baş verən zəlzələlərə məruz qalsa da, tam dağılmayıb.

Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri zamanı Cümə məscidində olarkən abidənin bərpasına qərar verib. Yenidənqurma işlərinə 2010-cu ilin martından başlanıb və 2013-cü il mayın 17-də məscidin açılışı olub.

Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin günbəzləri nəfis şəkildə bərpa olunub, qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məsciddə eyni vaxtda 1500 nəfər ibadət edə bilər.

Ötən əsrin 70-80-cı illərində təmir işləri aparılarkən məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılır.

Görüşdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qonağın rayon barədə məlumat verib.

Məsciddə günorta namazı qılınıb. Ayətullah Hüseyn Nuri Həmədani dualar oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR